
Türkiyə Nəqliyyat Nazirliyi Türkiyə ticarət gəmilərinə artan hücumlar fonunda Qara dənizdəki təhlükəsizlik vəziyyəti ilə bağlı gəmiçilik şirkətlərinə xəbərdarlıq edib.
Newscenter.az xəbər verir ki, bu barədə "Aydınlıq" qəzeti məlumat yayıb. Qəzetin verdiyi məlumata görə, Türkiyə hakimiyyəti güman edir ki, suveren dəniz ərazisi xaricindəki ərazilərə gedənlər potensial risklərdən xəbərdardırlar. Qəzet hökumət mənbələrinə istinadən bildirir ki, Türkiyənin ərazi sularından kənarda baş verən hadisələrə müdaxiləsi Ankaranın münaqişədə bir tərəfi dəstəkləməsi kimi şərh edilə bilər.
Bloomberg əvvəllər Türkiyə hakimiyyətinin Qara dənizdə ticarət gəmiçiliyinə məhdudiyyətlər tətbiq etməyə başladığını bildirmişdi.
Məlumata görə, təxminən 10 gəmiyə Dardanel boğazından çıxmaq üçün icazə verilməyib. Oxşar təcrübənin Mərmərə dənizi və Qara dənizdəki limanlarda tətbiq olunması gözlənilir. Bu məlumat rəsmi olaraq təsdiqlənməyib və Dardanel və Bosfor boğazlarından Qara dənizə gəmilərin keçidinə heç bir məhdudiyyət qoyulmayıb.
Anar












































