
"Azərbaycanla Ermənistan arasında Yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasından ərazi iddiaları çıxarılmalıdır. Təbii ki, yeni Konstitusiya Müstəqillik Bəyannaməsinə istinad olunmayacaq".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ermənistan hakimiyyəti 200 min imza yığıb parlamentdən yan keçərək referendum keçirməlidir, yaxud bir neçə müxalifət partiyanın deputatlarının səsini almalıdır:
"N. Paşinyan çalışacaq ki, bir neçə deputatın səsini alsın. Bunun üçün hökumətin əlində müəyyən təzyiq etmə rıçaqları var".
O deyib ki, Ermənistan Konstitusiyası yenidən yazılıb və hazırdır:
"Bakı və Yerevan Yekun sülh müqaviləsinin nə vaxt imzalanacağı tarixi müəyyənləşdirib. N. Paşinyan konstitusiya referendumunun keçirilməsində də problem görmür. Ona görə də Azərbaycan və Ermənistan arasında normal münasibətlər sistemi qurulur. Yekun Sülh müqaviləsi Qəbələdə imzalanması mümkündür".
Süleyman












































