Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran parlamenti Hörmüz boğazı ilə bağlı yeni qanun qəbul edəcək

İran parlamenti Hörmüz boğazı ilə bağlı yeni qanun qəbul edəcək


Hörmüz boğazının idarə olunması ilə bağlı yeni qanun layihəsi iki həftədən az müddətdə İran Məclisinə (birpalatalı parlament) təqdim ediləcək.

Newscenter.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfəzl Zöhrəvənd bildirib.

O deyib ki, bütün ekspert rəylərini aldıqdan sonra iki həftədən az müddətdə bu layihə [parlamentin] plenar iclasında təqdimat üçün tam hazır olacaq.

Zöhrəvand qeyd edib ki, qanun layihəsi hazırda Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin gündəliyindədir və ekspert rəyi aparılır.

Avqustun 9-da İranın dövlət televiziyası İran Məclisinin (birpalatalı parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin Hörmüz boğazının idarə olunması ilə bağlı yeni qanun layihəsini təsdiqlədiyini bildirib.

Anar
Xəbəri paylaş