
Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov ABŞ Dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Samir Pol Kapur ilə görüşüb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, söhbət zamanı Özbəkistan və ABŞ arasında strateji tərəfdaşlığın son illərdə keyfiyyətcə yeni səviyyəyə çatdığı qeyd edilib. Dövlət başçıları arasında sıx və müntəzəm dialoqun ikitərəfli əməkdaşlığa yeni təkan verdiyi vurğulanıb.
Görüşdə qarşılıqlı münasibətlərin daha da dərinləşdirilməsi, müxtəlif səviyyələrdə qarşıdan gələn tədbirlərə hərtərəfli hazırlıq məsələləri müzakirə edilib. Həmçinin C5+1 formatında əməkdaşlıq və regional və beynəlxalq gündəliyin aktual məsələləri barədə fikir mübadiləsi aparılıb.
Süleyman













































