
Özbəkistanın Mərkəzi Bankının məlumatına görə, 1 avqust 2026-cı il tarixinə Özbəkistanın beynəlxalq ehtiyatları 64,347 milyard dollar təşkil edib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu, bir ay əvvəlkindən 589,75 milyon dollar və ya 0,9% çoxdur.
Artımın əsas hissəsi qızılın hesabına olub. Onun ehtiyatlardakı dəyəri bir ayda 55,757 milyard dollardan 56,122 milyard dollara - təxminən 365,3 milyon dollara artıb.
Eyni zamanda, qızılın fiziki həcmi, əksinə, 13,89 milyon troya unsiyasına düşüb. Bu, dünya bazarındakı qiymət amilinin qızılın dəyərinin artmasında mühüm rol oynadığını göstərir.
Ehtiyatların artması yalnız qızılla əlaqəli deyil. Valyuta ehtiyatları da 7,443 milyard dollardan 7,652 milyard dollara və ya təxminən 209 milyon dollara yüksəlib.
Qızıl hazırda Özbəkistanın beynəlxalq ehtiyatlarının 87,2 faizini təşkil edir.
Süleyman













































