Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp uşaq peyvəndlərinin sayını 18-dən 11-ə endirib

Tramp uşaq peyvəndlərinin sayını 18-dən 11-ə endirib


Prezident Donald Tramp ABŞ-da peyvəndlər üçün "qızıl standart"ın tətbiqi ilə bağlı fərman imzalayıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, Trampın fərmanına əsasən, tövsiyə olunan uşaqlıq peyvəndlərinin sayı 18-dən 11-ə endirilib. Sənəd Ağ Evin YouTube kanalında yayımlanıb.

Tramp administrasiyası yaydığı məlumatda bildirib ki, sənəddə bütün uşaqlara 11 xəstəlikdən qorunmaq üçün peyvənd vurulması tövsiyə olunur ki, bu da 2024-cü ildə tövsiyə edilən 18 xəstəlikdən azdır.

ABŞ prezidenti peyvəndləməni autizmin inkişaf riski ilə əlaqələndirib.

Tramp Ağ Evin uşaqlarda autizm hallarının artmasına nəyin səbəb olduğunu dəqiq bilmədiyini vurğulayıb və tövsiyə olunan peyvəndlərin sayının azaldıldığını, çünki onların bədənə təsirinin daha da öyrənilməsinə ehtiyac olduğunu vurğulayıb.

2025-ci ildə Qlobal Peyvənd Təhlükəsizliyi üzrə Məsləhət Komitəsinin (GACVS) müstəqil ekspertlər qrupu 19 ölkədə aparılan 31 tədqiqatın təhlilinə əsasən peyvənd istifadəsinin autizmin inkişafına səbəb olmadığı qənaətinə gəlib.

Anar
Xəbəri paylaş