Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəzər dənizinin dibi ilə çəkilmiş rabitə kabeli nə dərəcədə effektivdir?

Xəzər dənizinin dibi ilə çəkilmiş rabitə kabeli nə dərəcədə effektivdir?


Bu yaxınlarda Aktaudan Xəzər dənizinin dibi ilə Azərbaycanın Sumqayıt şəhərinə sualtı fiber-optik rabitə kabeli çəkilməsi işləri başa çatıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qazaxıstan İnternet Assosiasiyasının prezidenti Şavkat Sabirov Xəzər dənizinin dibi ilə çəkilmiş rabitə kabelinin effektivliyi barədə danışıb. Onun sözlərinə görə, bu layihə sayəsində Qazaxıstan məlumat ötürülməsi baxımından əsas tranzit bölgəsinə çevriləcək:

"Aktaudakı şəbəkə bizə təxminən 16 terabit məlumat ötürməyə imkan verir. Bu o deməkdir ki, Qazaxıstan məlumat ötürülməsi baxımından Asiya üçün əsas tranzit bölgəsinə çevriləcək. Tranzit ölkə üçün bu, çox yaxşı bir işdir. Bundan əlavə, Azərbaycan vasitəsilə İtaliya və Avropaya birbaşa marşrut açılacaq".

O deyib ki., bu layihə qonşu ölkələr üçün də faydalıdır. Onlar bu kabel vasitəsilə birbaşa Avropaya çıxış əldə edə biləcəklər:

"Məsələn, Qazaxıstan internet trafikinin demək olar ki, 100 faizini Qırğızıstan, Özbəkistan və Tacikistana satır. Onlar bunu Qazaxıstanın internet trafikini münasib qiymətlərlə təklif etməsi səbəbindən əldə edirlər".

Ekspert hesab edir ki, Qazaxıstanın tranzit potensialını daha da reallaşdırmaq üçün İrana da oxşar rabitə kabeli çəkmək lazımdır:

"Rusiya da bu layihədə maraqlı ola bilər".

Süleyman
Xəbəri paylaş