
İtaliyada elektrik enerjisi istehlakı iyul ayında tarixi maksimum həddə - 32,5 teravatt-saata çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə Milli elektrik şəbəkəsi operatoru Terna açıqlama yayıb. Açıqlamada qeyd edilib ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3% çoxdur. Tema-nın məlumatına görə, tələbatın kəskin artması güclü istilər fonunda kondisioner sistemlərinin geniş yayılması ilə əlaqədardır.
Həddindən artıq yüksək temperatur 15 iyulda təxminən 58 QVt (2025-ci il səviyyəsi ilə müqayisədə 4,5% artım) illik istehlak pikinə səbəb olub. Əlavə bir amil sənaye sektorunda enerji istehlakının artması olub. Enerji tutumlu müəssisələrin indeksi iyul ayında illik müqayisədə 2,1% artıb. Operatorun məlumatına görə, bərpa olunan enerji mənbələri ümumilikdə milli ehtiyacların 41,5%-ni ödəyib.
Anar












































