Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kəlbəcərdə mina partlayıb, xəsarət alan var

Kəlbəcərdə mina partlayıb, xəsarət alan var

Kəlbəcər rayonunda mina partlaması nəticəsində bir nəfər xəsarət alıb.

Newscenter-az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, işğaldan azad edilmiş Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.

Tərtər rayonunun Qaynaq kənd sakini, 1953-cü il təvəllüdlü Süleymanov Kamran Şükür oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.

Anar
Xəbəri paylaş