
Qırğızıstanda erkən prezident seçkilərinin keçirilməsini tələb edən yetmiş siyasətçi və ictimai xadim Bişkek Şəhər Məhkəməsinin növbəti iclasında dövlət çevrilişi cəhdi işi üzrə apelyasiya iclasında şahid qismində çağırılacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə jurnalistlərə dövlət çevrilişi cəhdi işində təqsirləndirilən şəxslərdən biri olan Qırğızıstan Parlamentinin keçmiş sədri Nurlanbek Turqunbekin vəkil Latıbbek Nuralimov məlumat verib.
O deyib ki, 2026-cı ilin fevral ayında Qırğızıstanda 75 tanınmış siyasi və ictimai xadim respublika konstitusiyasının köhnə və yeni versiyaları arasında hüquqi uyğunsuzluqlar səbəbindən erkən prezident seçkilərinin keçirilməsini tələb edən petisiya imzalayıb. Bundan sonra ölkədə genişmiqyaslı kadr dəyişiklikləri başlayıb. Xüsusilə, Baş nazirin müavini və Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev vəzifəsindən azad edilib, Turqunbek isə Ali Şuranın sədri vəzifəsindən könüllü olaraq istefa verib. Məktubu imzalayan beş nəfər də daxil olmaqla, səkkiz siyasətçi sonradan dövlət çevrilişinə cəhddə ittiham olunub.
Anar












































