Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səfir Rəşad Məmmədov Özbəkistan Milli Pedaqoji Universitetinin rektoru ilə görüşüb

Səfir Rəşad Məmmədov Özbəkistan Milli Pedaqoji Universitetinin rektoru ilə görüşüb


Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rəşad Məmmədov bu ölkədə görüşlərini davam etdirir.

Newscenter.az xəbər verir ki, bu dəfə səfir Rəşad Məmmədov Özbəkistandakı Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetinin rektoru Hilola Umarova ilə görüşüb. Görüş barədə səfir özünün sosial şəbəkə hesabında məlumat verib.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar əlaqələrin inkişaf perspektivləri, elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və mübadilə proqramlarının həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Süleyman
Xəbəri paylaş