
Türkiyənin Balıkəsir şəhərində Balıkəsir Jurnalistlər və Yazıçılar Cəmiyyəti (BGYC) tərəfindən mükafatlandırma mərasimi keçirilib.
Newscenter-az xəbər verir ki, tədbirdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Balıkəsir üzrə millət vəkili Mustafa Canbey, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) Mərkəzi Qərar və İdarə Heyətinin üzvü, professor Zakir Avşar, Mətbuat Elanları Qurumunun (Basın İlan Kurumu) İdarə Heyətinin sədri professor Edibe Sözen, Qurumun baş direktoru Abdulkadir Çay, Bursa bölgəsinin rəhbəri Gökhan Eren, Türkiyə Jurnalistlər Federasiyasının sədri Yılmaz Karaca və Türk İnternet Media Birliyinin (TİMBİR) sədri Süleyman Basa iştirak ediblər.
Mərasimdə ictimaiyyətin doğru məlumatlandırılmasına və beynəlxalq media əlaqələrinin inkişafına töhfə verən mətbuat nümayəndələri mükafatlandırılıb.
Tədbirdə "Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyi sədrinin müavini, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər də yüksək mükafata layiq görülüb.
Süleyman











































