
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin ABŞ ilə siyasi və iqtisadi əlaqələrinin genişlənəcəyinə əminliyini bildirib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu erməni baş nazir ABŞ Nümayəndələr Palatasının üzvü Abraham Hamada ilə görüşündə deyib.
Baş nazir Ermənistan və ABŞ arasında münasibətlərin ardıcıl inkişafının vacibliyini vurğulayıb və onların son zamanlar dinamik xarakter daşıdığını qeyd edib. Paşinyan Ermənistan və ABŞ arasında əlaqələrin siyasi, iqtisadi və texnoloji sahələrdə genişlənməyə davam edəcəyinə əminliyini ifadə edərək, güclü ikitərəfli əməkdaşlıq gündəliyinin ardıcıl olaraq irəli sürülməsinin vacibliyini önə çəkib.
Görüşdə Trampın Beynəlxalq Sülh və Rifah üçün Yol Xəritəsi layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər barədə də fikir mübadiləsi aparılı.
Süleyman











































