
Doha ABŞ və İran arasında mövcud münaqişəyə tamamilə son qoyacaq yeni bir razılaşma ehtimalını nəzərdən keçirir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari deyib. Onun sözlərinə görə, indi əsas vəzifə atəşkəsi bərpa etməkdir:
"Eyni zamanda davam edən eskalasiyanı dayandırmaq və tərəfləri danışıqlara qaytarmaqdır".
O, həmçinin qeyd edib ki, Vaşinqton və Tehran bu müharibəyə tamamilə son qoyacaq yeni bir razılaşma əldə edə bilərlər.
Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Qətər ABŞ və İran arasında atəşkəsi bərpa etmək üçün çalışır.
Arzu











































