
Türkiyədə daha bir sərnişin avtobusu qəzaya uğrayıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Sivasda qeydə alınıb.
Məlumata görə. Sivasın Suşehri rayonunda sərnişin mikroavtobusu dərəyə aşıb. Nəticədə 4 nəfər öldü və 10 nəfər yaralanıb. Yaralılardan 4-nün vəziyyəti ağır qiymətləndirilir.
Hadisə yerinə dərhal jandarma, AFAD və tibbi qruplar göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Anar











































