Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ İranla əlaqəli olan ölkələri HƏDƏLƏDİ

ABŞ İranla əlaqəli olan ölkələri HƏDƏLƏDİ


İranla əlaqələrini bu və ya digər şəkildə davam etdirən ölkələr iqtisadi çöküşlə üzləşirlər.

Newscenter.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.

Nazir X-dəki hesabında qeyd edib ki, Tehranla qalan hər hansı bir əlaqə, bu əlaqələrin məqsədyönlü şəkildə qurulmasından və ya qəsdən nəzərə alınmamasından asılı olmayaraq, istənilən ölkənin iqtisadi tənəzzülünü sürətləndirəcək.

Qeyd edək ki, şərşənbə günü ABŞ prezidenti Donald Tramp İrana qarşı görünməmiş iqtisadi müharibə və təcridin başladığını elan etdi. Amerika lideri həmçinin maliyyə qurumları, müəssisələri, hava limanları və ya dövlət qurumları Tehranı dəstəkləyən ölkələrin ABŞ-dan ciddi iqtisadi nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq etdi.

Anar
Xəbəri paylaş