
Avropa İttifaqı Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyinin limanların bağlanmasından zərər çəkmiş fermerlərə əlavə 220 milyon avro yardım tələbini rədd edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının (AK) sözçüsü Markus Lammert Ukraynanın "Avropa Pravda" onlayn nəşrinə bildirib.
Aİ nümayəndəsi əlavə edib ki, Ukrayna fermerləri artıq Brüsseldən mövcud planlar çərçivəsində kreditlər üzrə subsidiyalaşdırılmış faiz dərəcələri şəklində yardım alırlar.
Qeyd edək ki, 22 iyuldan bəri Ukrayna taxıl ixracının, eləcə də metallurgiya məhsullarının əsas axınının keçdiyi Böyük Odessa limanları - Odessa, Çornomorsk və Yujnıy limanlarına -bir dənə də olsun xarici yük gəmisi qəbul etməyib.
Anar












































