
Avropa birjasında ticarət zamanı qazın qiyməti 19 martdan bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 800 dolları keçib.
Newscenter.az TASS-a istinadən xəbər verir ki, bu barədə London birjası məlumat verib.
Niderlanddakı TTF mərkəzində sentyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün təxminən 800,8 dollara və ya MVt/saat üçün 66,2 avroya yüksəlib. Günün əvvəlindən bəri qiymətlər 1,4%-dən çox artıb.
Əvvəlki ən yüksək qiymət 19 martda qeydə alınmışdı. O zaman Yaxın Şərqdə qaz infrastrukturuna edilən hücumlar fonunda qazın qiyməti 2022-ci ilin dekabr ayından bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 850 dolları keçib.
Anar












































