
Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev İndoneziya Respublikasının Tbilisidəki Nümayəndəliyinin rəsmisi Taufiq Lamsuhur ilə nəzakət görüşü keçirib.
Newscenter-az xəbər verir ki, bu barədə məlumatı Gürcüstansakı Azərbaycan səfirliyi yayıb. Bildirilib ki, görüş zamanı Azərbaycan və İndoneziya arasında münasibətlərin hazırkı vəziyyəti, gələcək inkişaf perspektivləri müzakirə olunub.
Diplomatlae hər iki ölkənin beynəlxalq təşkilatlar daxilində uğurlu əməkdaşlıq etdiyini xüsusi vurğulayıblar. Diplomatik nümayəndə rəsmiləri mövcud münasibətilərin inkişaf tempindən razılıq ifadə ediblər.
Süleyman












































