
"İsrail administrasiyasına çağırışımız aydındır. Onlar Türkiyənin səbrini sınamağı, ölkəmizin milli təhlükəsizlik sahələrinə birbaşa və ya dolayı müdaxiləni dayandırmalı və Türkiyə əleyhinə dairələri təşviq edən ritorikadan çəkinməlidirlər".
Newscenter-az xəbər verir ki, bunları MHP sədri Dövlət Baxçalı deyib.
Dövlət Baxçalı, İsrailin regional sülh və təhlükəsizliyi təhdid edən təcavüzkar siyasətinin beynəlxalq hüquq çərçivəsində neytrallaşdırılmasının qaçılmaz bir zərurətə çevrildiyini bildirib.
MHP sədri İsrailin Suriyadakı son hücumlarının Türkiyənin milli təhlükəsizlik həssaslığını birbaşa sınadığını vurğulayıb:
"Türkiyə münaqişə axtaran bir ölkə deyil. Lakin, heç bir halda ona qarşı yönəlmiş təhdidləri görməzdən gəlməyəcək, suveren hüquqlarının pozulduğu zaman sakit dayanmayacaq və ya milli təhlükəsizliyini başqalarının mərhəmətinə buraxmayacaq bir ölkə deyil".
Süleyman












































