
Ağıllı məişət texnikası gələcəkdə vahid ekosistemə birləşəcək. Bulud əsaslı süni intellekt beyni bütün cihazların işini əlaqələndirəcək və fərdi gündəlik işlərə uyğun ssenarilər yaradacaq.
Newscenter-az TASS-a istinadən xəbər verir ki, bu, Jindodo şirkəti tərəfindən verilən proqnozda bildirilir.
Şirkətin mətbuat xidməti qeyd edib ki, 2026-cı ildə süni intellekt evə daha dərindən nüfuz edəcək və ağıllı məişət texnikası bir sıra fərqli funksiyalardan proaktiv xidmətə qədər kvant sıçrayışı edəcək.
Marketinq tədqiqatları üzrə ixtisaslaşmış Amerika konsaltinq və analitik şirkəti olan Grand View Research-ə görə, Rusiyanın ağıllı ev bazarı Avropada ən dinamik bazarlardan biri hesab olunur. Onun həcmi 2024-cü ildə 2,596 milyard dollara çatıb, 2030-cu ilə qədər isə illik artım tempi 28,7% olmaqla 11,83 milyard dollara çatacağı proqnozlaşdırılır.
Anar












































