
2026-cı ilin yanvar-iyun aylarında Polşada xarici vətəndaşlara verilən iş vizalarının sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən yarıya qədər azalıb.
Newscenter.az xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
Qeyd edilib ki, 2026-cı ilin birinci yarısında Polşada əcnəbilərə ümumilikdə 69.000 iş vizası verilib. Nazirliyin məlumatına görə, 2025-ci ilin eyni dövründə isə əcnəbilərə verilən iş vizası 144.000 olub. 2024-cü ilin yanvar-iyun aylarında isə bu göstərici 173.000 təşkil edib.
Bundan əlavə, 2026-cı ilin birinci yarısında polis ölkədə müddəti bitmiş iş icazəsi ilə olan 11.000 əcnəbini saxlayıb. 2025-ci ildə belə saxlanmaların sayı 70% azalıb.
Anar











































