Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə və Azərbaycan üçün kənar poliqonlarda müharibə düzəltmək taktikasını seçiblər

Türkiyə və Azərbaycan üçün kənar poliqonlarda müharibə düzəltmək taktikasını seçiblər


"Еrmənistanın sülh müqaviləsini və Zəngəzurda infrastruktur bərpasını ləngitməsi təkcə onun özünün istəyi və cəsarətilə deyil. O, İran faktorundan, ən başlıcası, İsrailin son zamanlar çəkinmədən bəyan etdiyi bölgə iddialarından qaynaqlanır".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Səfər Alışarlı deyib. Onun sözlərinə görə, ermənilər bizimlə təkbətək bacarmadıqlarını etiraf edərək, Türkiyə və bizim üçün kənar poliqonlarda müharibə düzəltmək taktikasını seçiblər ki, məqamı çatanda arxadan zərbə vursunlar:

"Bir qədər əvvəl İsrail Yunanıstan və Cənubi Kiprlə antitürk blokunu elan edəndə, ora daxil olan Ermənistanın adını çəkməkdən Azərbaycana görə ehtiyat etmişdi. Bu gün bəzi yəhudi şərhçiləri sosial şəbəkə paylaşımlarında İsrailin növbəti müharibəsinin Türkiyə və Azərbaycanla olacağını artıq gizlətmirlər. Məsələ ciddidir, onu heç nəyin ardına vurmaq mümkün deyil".

Süleyman
Xəbəri paylaş