
Özbəkistanda ümumi gücü 2423 MVt olan elektrik stansiyaları və enerji saxlama sistemləri istifadəyə verilib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə energetika naziri Şerzod Xocayev məlumat verib. Nazir bildirib ki, onlardan bəziləri Orta Asiyada ən böyük gücə malik qurğulardır. Onların ümumi dəyəri 1,7 milyard dollardır.
Sırdərya vilayətinin Boyovut rayonunda 1573 MVt gücə malik istilik elektrik stansiyası istifadəyə verilib. 900 milyon dollarlıq qurğu ildə 13 milyard kVt/saat elektrik enerjisi istehsal edəcək və 1,1 milyard kubmetr təbii qaza qənaət edəcək. Zavod 120 daimi iş yeri yaradıb.
Nəvai vilayətinin Nurota rayonunda 300 MVt gücə malik günəş elektrik stansiyası və 150 MVt gücə malik enerji saxlama sistemi tikilib.
Çinin "China Energy Overseas Investment" şirkətinin iştirakı ilə həyata keçirilən layihənin dəyəri 390 milyon dollardır. Kompleks ildə 657 milyon kVt/saat elektrik enerjisi istehsal edəcək və 175 milyon kubmetr qaza qənaət edəcək. Bu, 273.000 ev təsərrüfatının illik istehlakına bərabərdir.
Süleyman











































