Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb Ermənistan rəhbərliyini şantaj edir: Rusiya XİN

Qərb Ermənistan rəhbərliyini şantaj edir: Rusiya XİN


Qərb ölkələri Cənubi Qafqaz Dəmir Yolu (CQD) güzəşti ilə bağlı Ermənistan rəhbərliyini şantaj edir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik iddia edir ki, Qərb çoxmilyonlu investisiyalar müqabilində Ermənistanda "Rusiya faktoru"nun aradan qaldırılmasını tələb edir.

"Güzəştin əvvəllər heç kimə verilməsi məsələsi qaldırılmadığını nəzərə alsaq, Ermənistan rəhbərliyinin sadəcə şantaj edildiyi ehtimalı yüksəkdir. Onlar nəqliyyat sektorunda "Rusiya faktoru"nun aradan qaldırılmasını tələb edir və bunun müqabilində çoxmilyonlu investisiyalar və iqtisadi cəhətdən səmərəliliyi çətinliklə nəzərə çarpan layihələrə çıxış vəd edirlər. Bu, Qərb paytaxtlarının Rusiyanı Cənubi Qafqaz regionundan çıxarmağa yönəlmiş oyunlardır", - deyə Rusiya XİN bildirib.

XİN əlavə edib ki, bu məsələnin dostcasına həlli danışıqlar masasında işgüzar müzakirə tələb edir:

“Ümumiyyətlə, tərəfdaşlar ictimaiyyətə açıqlamalar verməzdən əvvəl adətən oturub mövcud problemləri və narahatlıqları işgüzar şəkildə müzakirə edirlər. Bu, xüsusilə də, Yerevanın iddia etdiyi kimi, dostcasına həll yolu tapmaq istəyi olduqda doğrudur”.

Anar
Xəbəri paylaş