
Ukrayna Qərb ölkələrinin verdiyi yardımı geri ödəməli olacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib. Onun sözlərinə görə, Qərbdən Kiyevə verilən kreditlərdən qaçmaq mümkün deyil:
"Zelenski rejimi bu ödənişlər sayəsində hakimiyyətdə qalır. Onlar bundan sonra nə olacağını düşünmürlər. Gələcəkdə isə həmin vəsaitləri geri ödəməli olacaqlar. Bütün yardımların bir qarşılığı var", - deyə Volodin bildirib.
Anar











































