
“ŞƏT hərbi-siyasi blok məntiqindən kənarda fəaliyyət göstərir və onun fəaliyyəti heç bir dövlətə qarşı yönəlməyib. Təşkilat tamamilə fərqli bir siyasi fəlsəfəyə, “Şanxay Ruhuna” əsaslanır ki, bunun da əsasında tərəqqi üçün ortaq təşəbbüslər ideyası dayanır. Əsas məqsədimiz güclü və çiçəklənən ŞƏT icması yaratmaqdır”.
Newscenter.az Akorda-ya istinadən bildirir ki, bunları Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ŞƏT-in zirvə görüşündə çıxışı zamanı deyib. O bildirib ki, ŞƏT müxtəlif, lakin ruhən birləşmiş ölkələrin unikal birliyi olaraq, daxili işlərə qarışmamaq, suverenliyə hörmət, qarşılıqlı etimad, açıqlıq və əməkdaşlıq prinsiplərini praktik olaraq həyata keçirir:
"Bu gün o, həqiqətən uğurlu, nüfuzlu və axtarılan beynəlxalq bir quruluşa çevrilib. Lakin təşkilatımızın yaradılmasından bəri dünya əhəmiyyətli dərəcədə dəyişib".
Dövlət başçısı qeyd edib ki, beynəlxalq münasibətlərin yeni bir sistemi formalaşır.
Süleyman













































