Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-dan Türkiyəyə təbrik mesajı

ABŞ-dan Türkiyəyə təbrik mesajı


ABŞ Dövlət Departamenti Türkiyəni Artemis Müqavilələrində iştirakına görə təbrik edib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Dövlət Departamenti Türkiyənin kosmik fəzanın dinc məqsədlərlə araşdırılmasına və istifadəsinə sadiq olduğunu bildirib.

Bəyanatda deyilir ki, "Türkiyə bu günə qədər kosmik fəzanın dinc məqsədlərlə araşdırılmasına və istifadəsinə sadiq qalaraq müqavilələri imzalayan 71-ci ölkədir.

Sazişin 31 avqustda Vaşinqtonda ABŞ rəsmiləri ilə Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır tərəfindən imzalandığı xatırladılan bəyanatda qeyd edilir:

"Türkiyə ABŞ-ın uzun müddətdir müdafiə əməkdaşlığı, regional təhlükəsizlik və ticarət tərəfdaşlığı mövzularında sıx koordinasiya saxladığı dəyərli NATO müttəfiqidir".

Qeyd edək ki, Artemis Sazişləri 2020-ci ildə Prezident Donald Trampın birinci müddəti ərzində məsuliyyətli kosmik tədqiqatlara rəhbərlik etmək üçün bir sıra praktik prinsiplər toplusu kimi təsis edilib. Türkiyə ABŞ və digər ölkələrlə birlikdə davamlı mülki kosmik fəaliyyətlərlə bağlı sazişlərin prinsiplərini təsdiqləyib.

Anar
Xəbəri paylaş