Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerikalı alimləri yeraltında qaranlıq maddənin potensial izini aşkar ediblər

Amerikalı alimləri yeraltında qaranlıq maddənin potensial izini aşkar ediblər


Amerikalı alimlər Cənubi Dakotadakı yeraltı tədqiqat müəssisəsində potensial qaranlıq maddə siqnalı aşkar ediblər.

Newscenter.az-ın xəbərinə görə, bu barədə Reuters agentliyi məlumat yayıb.

Keçmiş qızıl mədəninin 1,5 kilometr dərinliyində yerləşən Sanford Mərkəzinin tədqiqatçıları 10 ton ksenon ehtiva edən silindrik cihazdan istifadə edən LUX-ZEPLIN təcrübəsini aparıblar. Alimlərin fikrincə, bu kimyəvi element qaranlıq maddə ilə qarşılıqlı təsir göstərdikdə işıq parıltıları yarada bilər.

Təcrübə zamanı tədqiqatçılar ksenon atomu ilə zəif qarşılıqlı təsir göstərən kütləvi hissəcik - qaranlıq maddənin təklif olunan forması arasında unikal qarşılıqlı təsiri təsvir etdilər. Alimlər bu nəticəyə Sanford tədqiqatçılarının nüvə geri çəkilməsi adlandırdığı sınaq zamanı yayılan zəif ultrabənövşəyi şüalanma sayəsində çatıblar.

Alimlər qaranlıq maddənin izlərini tapmaq cəhdlərini təkrarlamaq niyyətindədirlər. Çünki onlar tək bir hal əsasında fərziyyələr irəli sürməyin uyğun olmadığını düşünürlər.

Anar
Xəbəri paylaş