Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniyada benzinin qiyməti rekord həddə çatıb

Almaniyada benzinin qiyməti rekord həddə çatıb



ABŞ və İran arasında münaqişənin yeni eskalasiyası fonunda Almaniyada E10 benzininin qiyməti rekord həddə çatıb.

Newscenter.az xəbər verir ki, bu barədə DPA xəbər agentliyi ÜmumAlman Avtomobil Klubuna (ADAC) istinadən məlumat verib.

Agentliyin məlumatına görə, ölkədə E10 benzininin orta qiyməti litri üçün 2,21 avroya yüksəlib. Əvvəlki rekord 2022-ci ilin mart ayında litri üçün 2,20 avro olaraq müəyyən edilib. Agentlik qeyd edir ki, bu, nominal qiymətlərə əsaslanan rekord qiymətdir. İnflyasiya nəzərə alınmaqla, benzinin qiymətləri əvvəlki dövrlərdə daha yüksək olub.

Yaxın Şərqdəki vəziyyətdən əlavə, davam edən quraqlıq benzinin qiymətlərini artırır. Buna görə də neft məhsullarının daşınması üçün istifadə olunan əsas çaylar quruyub. Təchizatçılar buna görə, quru nəqliyyatından istifadə etməyə və ya çay nəqliyyatı üçün daha yüksək tariflər ödəməyə məcburdurlar.

Anar
Xəbəri paylaş