
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 2026-cı ildə keçiriləcək Formula 1 Azərbaycan Qran-prisi ilə bağlı açıqlama yayıb.
Agentlikdən Newscenter.az-a bildirilib ki, Qran-pri çərçivəsində yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumi təhsil müəssisələrində tədris onlayn formada təşkil olunacaq.
Bununla bağlı məktəb rəhbərliklərinə və valideynlərə əlavə məlumat veriləcək. Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi bu il 24–26 sentyabr tarixlərində Bakıda keçiriləcək.
Süleyman











































