
“Azərbaycanda hər bir sahə kimi səhiyyənin inkişaf etdirilməsi də daim dövlətin diqqət mərkəzindədir. Ötən illər ərzində bu istiqamətdə atılan addımlar və əldə edilən nəticələr belə bir qənaət formalaşdırır. Öz növbəsində dövlətin diqqət və qayğısını da öz üzərilərində hiss edən səhiyyə işçiləri öz peşələrinə daha məsuliyyətlə yanaşır, əhalinin sağlamlığının keşiyində layəqətlə durular. Ötən gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tibb işçilərinin əmək haqqlarının artırılması da dövlətin, onun ali rəhbərliyinin səhiyyəyə göstərdiyi diqqətin təcəssümüdür”.
Bunları Newscenter.az-a səhiyyə ictimaiyyətinin nümayəndəsi, Hicama, Hirudo(zəli) terapiyası üzrə mütəxəssiz Gülbəniz Əlimirzəyeva deyib. O bildirib ki, səhiyyə işçilərinin əməkhaqlarının artırılması ilk növbədə tibb işçilərinin əməyinə verilən dəyərin göstəricisidir. Onun sözlərinə görə, bu sahədə çalışan insanların maddi təminatın yaxşılaşdırılması səhiyyə əməkdaşlarının sosial rifah halnın yüksəldilməsinə öz müsbət təsirini göstərir:
“Eyni zamanda bu, onların peşələrinə olan motivasiyasının və məsuliyyət hissinin daha da güclənməsinə şərait yaradır. Çünki keyfiyyətli səhiyyə xidmətinin əsas dayaqlarından biri məhz öz əməyinin dövlət və cəmiyyət tərəfindən qiymətləndirildiyini hiss edən peşəkar tibb işçisidir”.
Gülbəniz Əlimirzəyeva qeyd edib ki, dövlət başçısı Cənab İlham Əliyev kimi, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da daima səhiyyə, təhsil, sosial sahələrə xüsusi diqqət və qayğı ilə yanaşıb, istər rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən, istərsə də şəxsi təşəbbüsləri əsasında bir sıra sosial-humanitar layihələr həyata keçirilib:
“Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən müxtəlif sosial və humanitar layihələr insanların sağlamlığının və rifahının qorunmasına yönəlmiş mühüm fəaliyyət nümunələri kimi yadda qalır. Bu yanaşmanın əsasını insan amilinə verilən yüksək dəyər, vətəndaşların sosial rifahının yaxşılaşdırılması və xüsusilə həssas qruplara diqqət təşkil edir”.
O qeyd edib ki, dövlət tərəfindən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayə kimi də qiymətləndirilə bilər:
“Çünki səhiyyənin dayanıqlı inkişafı üçün yalnız maddi-texniki baza deyil, həm də öz işinə bağlı, yüksək peşəkarlığa malik və sosial cəhətdən təmin olunmuş kadr potensialı lazımdır”.
Süleyman












































