
2026-cı ilin birinci yarısında Özbəkistandan ümumilikdə 5422 nəfər daimi yaşayış üçün xarici ölkələrə köçüb. Onların 14,1 faizi Rusiyaya gedənlər təşkil edib.
Newscenter.az xəbər verir ki, bu barədə Özbıkistanın Milli Statistika Komitəsi məlumat verib.
Bildirilib ki, birinci yerdə böyük fərqlə - 83 faizlə Qazaxıstan gəlir. Hesablamalara görə, bu, təxminən 4,5 min nəfər deməkdir. Hesabat dövründə təxminən 765 nəfər Rusiyaya köçüb.
Növbəti yerdə Koreya Respublikası - 0,8 faiz və Qırğızıstan - 0,6 faizdir. Ümumilikdə digər ölkələrin payı 1,5 faizdir.
Ümumiyyətlə, Özbəkistandan daimi yaşayış üçün köçənlərin sayı azalıb. 2026-cı ilin birinci yarısında bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 129 nəfər və ya 2,3 faiz azalıb.
Süleyman












































