
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bir sıra kadr islahatları həyata keçirib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Polat Bobojonov başqa işə keçməsi ilə əlaqədar Özbəkistan Prezidentinin Kadrlar üzrə müşavir müavini vəzifəsindən azad edilib. Müvafiq fərman Prezident Şavkat Mirziyoyev tərəfindən imzalanıb.
Bobojonov əvvəllər Daxili İşlər naziri vəzifəsində çalışıb. O, 2012-ci ildən Xorazm vilayətinə rəhbərlik edib, 2017-ci ildə isə Daxili İşlər naziri təyin edilib.
Prezident Administrasiyasının strukturunun optimallaşdırılması çərçivəsində Prezidentin Kadrlar üzrə müşaviri vəzifəsi və onun bölməsi də ləğv edilib.
Qafurjon Mirzəyev Baş nazirin müavini - Özbəkistan Məhəllələri Assosiasiyasının sədri təyin edilib. Bununla əlaqədar olaraq o, Prezidentin Kadrlar üzrə müşaviri vəzifəsindən azad edilib. Mirzəyevin namizədliyi əvvəllər Ali Məclisin Qanunvericilik Palatasının deputatları tərəfindən təsdiq edilib.
Mirzəyev əvvəllər Sırdərya vilayətinin qubernatoru vəzifəsində çalışıb. 2023-cü ildə o, Prezidentin Kadr siyasəti məsələləri üzrə müşaviri - Dövlət Qulluğunun İnkişafı Agentliyinin direktoru təyin edilib.
Süleyman












































