
Polşa ordusu yaxın günlərdə 1000 kilometr mənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik deyib. Onun sözlərinə görə, bu, artıq seriyalı istehsalına başlayan Polşanın Fly Focus Striker sistemi ola bilər. Sınaqlar zamanı dronların döyüş başlığı daşımayacağı vurğulanır.
Tomçik X sosial media hesabında bunları yazıb: "Yaxın günlərdə Polşa Silahlı Qüvvələri ucuz pilotsuz silah sistemlərindən istifadə edərək uzun məsafələrə dəqiq zərbələr endirmək qabiliyyəti olan Dərin Dəqiq Zərbə sahəsində Polşa hərbi inkişafını sınaqdan keçirməyə başlayacaq. Biz Polşanın sənaye inkişafını, o cümlədən təxminən 1000 kilometr məsafədə fəaliyyət göstərmək qabiliyyətini sınaqdan keçirəcəyik".
Anar












































