
"2025-ci ildə turizm sektoruna qoyulan investisiyaların həcmi əvvəlki illə müqayisədə 32,6% artaraq 1,25 trilyon təngəyə çatıb. Bu dövrdə Qazaxıstana 15,7 milyon xarici vətəndaş səfər edib. Onlardan 11,1 milyonu turist kimi qeydiyyatdan keçib. Onların ölkə daxilindəki ümumi xərcləri 2,9 milyard dollar təşkil edib".
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə hökumətin hesabatında qeyd edilib.
Məlumata görə görə, tədbir turizmi əlavə bir hərəkətverici qüvvə hesab olunur: 2026-cı il üçün 55 əsas tədbirdən ibarət təqvim yaradılıb.
Məlumata görə, ölkədə turizm sektorunda ümumi dəyəri təxminən 1,3 trilyon təngə olan 328 layihə həyata keçirilir. Bu laihələr təxminən 10.000 daimi iş yeri yaradacaq və beynəlxalq standartlara cavab verən 25 yeni otel kompleksi açacaq.
Anar












































