Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıtda dörd avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

Sumqayıtda dörd avtomobil toqquşub, 5 nəfər xəsarət alıb


Sumqayıt şəhərində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Newscenter.az-ın məlumatına görə, "Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, 2 "Toyota", "Kia", "Hyundai" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş