
"Bizim Türkiyə üçün görəcəyimiz çox işlər var. Bəzilərindən fərqli olaraq etdiklərimizi əlimizə-üzümüzə bulaşdırmadan hər bir işi təmiz, alnıaçıq, millətimiz, dövlətimiz üçün edirik".
Newscenter.az xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, bundan sonra da eyni düşüncə, eyni fədakarlıqla çalışacaq, başladıqları yola davam edəcəklər:
"Bundan heç kimin şübhəsi olmasın. Əziz millətimizi ən yaxşı şəkildə təmsil etməyə, onun istək və arzularını qarşılamaq üçün çalışmağa davam edəcəyik".
Süleyman












































