Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ İrana qarşı yeni hücuma başlayacaq?

ABŞ İrana qarşı yeni hücuma başlayacaq?


"İran, açıq şəkildə dəstək verdiyi şiə hüsilərin əli ilə İslamın beşiyi, Səudiyyə Ərəbistanını ələ keçirib, oranı Yəmənə çevirmək istəyir. Bu zaman Tehran Məkkə, Kəbə, Mədinə müqəddəs İslam amillərini əsla nəzərə almır".

Newscenter-az xəbər verir ki, bunları siyasi şərhçi İlqar Altay səsləndirib. O qeyd edib ki, İranın SEPAH rejimi Xomeynizmin şiə ideologiyalı "inqilab ixracını" istənilən hərbi-sair yolla yaymaqdan əl çəkmir:

"Niyə, Səudiyyənin hərbi müttəfiqləri Türkiyə və Pakistan münaqişəyə qarışmır? Görünür ki, bu məsələdə ABŞ-ın-Səudiyyənin əbədi hamisinin qərar, addımını gözləyirlər. Niyə ABŞ məsələyə müdaxiləni gecikdirir? Görünür ki, Hüsi hücum və dağıdıcılığının daha artmasını, İranın Səudiyyə Ərəbistanını vurmaqda Hüsilərə dəstəyinin ərəb ölkələrinə və dünyaya daha açıq görsənməsini taktika seçib".

İlqar Altay qeyd edib ki, ABŞ-dakı ilkin seçkilər sonrası, İrana şiddətli quru müdaxilə ola bilər.

Anar
Xəbəri paylaş