Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilərdən ötrü Fransa-Azərbaycan münasibətlərini korlamağa dəyməz

Ermənilərdən ötrü Fransa-Azərbaycan münasibətlərini korlamağa dəyməz


Adətən, bir qayda olaraq həmişə ermənipərəst mövqe tutan Fransa çox nadir hallarda Azərbaycana təşəkkür edir, bu da həmin nadir məqamlardan biridir. Bəli, rəsmi Paris bu gün Martin Ryanın əfv olunmasına görə Azərbaycana təşəkkür edib.

Belə ki, Fransa dövləti Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü ilin dekabrından Azərbaycanda saxlanılan Fransa vətəndaşı Martin Ryanın əfv olunması ilə bağlı qərarını yüksək qiymətləndirib.

Bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.
"Fransa 2023-cü ilin dekabrından Azərbaycanda həbsdə saxlanılan vətəndaşımız Martin Rianın Azərbaycan Prezidenti tərəfindən əfv edilməsi qərarını rahatlıq hissi ilə qarşılayır. Fransa bu humanitar jesti yüksək qiymətləndirir", - deyə bəyanatda bildirilib.

Nazirlik qeyd edib ki, sözügedən qərar Azərbaycan hakimiyyəti ilə aparılan dialoqun nəticəsində qəbul olunub və Fransa bu dialoqu davam etdirmək niyyətindədir.

Açıqlamada vurğulanıb ki, bu dialoq münasibətlərin normallaşması istiqamətində bir addımdır.

Fransa, həmçinin bu müsbət nəticənin əldə olunması üçün Parisdə və Bakıda çalışan komandalara təşəkkür edib.

Qeyd edək ki, Fransaya casusluqda ittiham olunan Martin Ryan əfv edilib. Bu barədə məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamda qeyd olunub.

Bu məsələ bir daha göstərir ki, son illərdə Fransa-Azərbaycan münasibətlərində periodik gərginliklərə baxmayaraq, diplomatik kanalın açıq saxlanılması mühüm əhəmiyyət daşıyır. Belə addımlar adətən tərəflər arasında etimadın bərpasına xidmət edir və daha geniş siyasi dialoq üçün zəmin yaradır. Xüsusilə regionda əməkdaşlıq imkanlarının artdığı bir dövrdə, emosional yanaşmalardan çox praqmatik və qarşılıqlı maraqlara əsaslanan siyasət daha faydalı görünür.

Ümid edək ki, Fransa tərəfi Azərbaycanın bu xoşməramlı mövqeyinin yaratdığı müsbət atmosferi qoruyub saxlayacaq və münasibətlərin daha da yaxşılaşması üçün dialoqu davam etdirəcək. Fransa XİN-in bəyanatında da qeyd edildiyi kimi, bu müsbət nəticənin əldə olunmasında Parisdə və Bakıda çalışan komandaların rolu olub. Bu cür humanitar və diplomatik addımlar gələcəkdə Azərbaycan–Fransa münasibətlərində daha sabit və konstruktiv mühitin formalaşmasına töhfə verə bilər.

Ermənilərdən ötrü Fransa-Azərbaycan münasibətlərini korlamağa dəyməz. Paris bunu nəzərində saxlamalıdır. Cənubi Qafqazdakı böyük əməkdaşlıq imkanlarına kiçik "erməni pəncərəsi"ndən baxmaq lazım deyil.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş