Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan daxilində toqquşan iki siyasi qütb

Ermənistan daxilində toqquşan iki siyasi qütb



Ermənistanın müdafiə konsepsiyası ətrafında yaranmış boşluq əslində erməni xislətinin bariz nümunəsidir. İndi guya “Güclü Ermənistan” fraksiyasının rəhbəri Kara Petrosyan Kərki ilə bağlı müdafiə xətti qurur. Təsəvvür edin, öz ölkələrinin müdafiəsini öz keçmişdən onlara aşılanmış peşələrinə görə itirib müdafiəsiz qoyan bir fraksiya rəhbəri bütün dünya tərəfindən Azərbaycan ərazisi kimi tanınan və Ermənistanın beynəlxalq tanınmış ərazisi kimi qəbul olunmayan bir ərazidə müdafiə xətti qurmaq istəyir. Baxın bu xislətin düşüncəsinə, indiki dünya reallıqlarına qətiyyən uyğun gəlməyən bu təfəkkürün daşıyıcıları bəşəriyyət üçün arzuolunmayan məxluqlardır. Burada Ermənistan daxilində toqquşan iki siyasi qütb görünür. Necə Paşinyan Kərki ilə bağlı Karapetyan kimi ritorikaya sahib olanların müharibə riskini artırmaq istədiklərini bildirir və bu, hakimiyyət məsuliyyəti kimi başa düşülür və ağır nəticələri dərk olunaraq mövqe kimi ortalığa qoyulur. Karapetyan həm də burada guya “Güclü Ermənistan” siyasi qurumu adından siyasi dividend qazanmaq istəyir, ya da bu adamın siyasi anlayışı sıfırdır.
Sülh müqaviləsi çərçivəsində delimitasiya xəttini müdafiə edən tərəf əslində reallıqlara uyğunlaşaraq bu mövqeyi təsdiqləyir. Digər tərəf isə yalançı “Güclü Ermənistan” adı altında gizlənərək əvvəlki təhlükəsizlik düşüncəsini müdafiə edir. Əslində, bu addımla ümumilikdə Ermənistanı dövlət olaraq müdafiəsiz duruma düşürtməkdir. Hələ gedin öz ölkənizin müdafiəsiz qalan xəttini qurun, sonra Kərkidə müdafiə xətti qurarsınız. Siz Naxçıvanın anklavı olan, Azərbaycan ərazisi olan Kərkini müdafiə edən Güclü Ordumuzun kükrəməsindən ehtiyatlı olun. Bu, hədə deyil, bu, reallıqdır. Kərki Azərbaycan torpağıdır və emosional şüarlardan daha böyük tarixi və hüquqi məna daşıyır. Bu, bizim üçün tarixi yaddaş, dövlətçilik məsələsidir. Reallıqları nəzərdən qaçırmayın, dövlətimizin səbrini zəiflik kimi yox, siyasi peşəkarlıq kimi qəbul edin. Yadınızdan çıxarmayın: tarixə və hüquqa söykənən məsələlər şüarlar və məsuliyyətsiz çıxışlarla dəyişdirilmir. Reallıqdan uzaq olan utopiyalarla uzun müddət yaşıyaraq və Azərbaycanın diplomatiyası və ordusunun sərrast atəşi nəticəsində sizin yüz illərin utopiyası 44 günə məhv edilib. Yeni atəşlərin işə düşməsi, məncə, sizin nağıllarınızın yer üzündən silinməsi ilə nəticələnəcək.

Danışanda məsuliyyətli və ehtiyatlı olun. Siz Şanlı Azərbaycanla üz-üzəsiniz.

Ramil Hüseynov, Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş