
Qazaxıstan və İsveçrə Konfederasiyasının aviasiya hakimiyyəti orqanları arasında danışıqlar aparılıb.
Newscenter.az Qazaxıstan Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Astanada keçirilən danışıqlarda Air Astana, SCAT, SWISS Beynəlxalq Hava Yolları şirkətlərinin nümayəndələri, Bazel Hava Limanı, Xarici İşlər Nazirliyi və İsveçrə səfirliyinin rəhbərləri iştirak ediblər. Tərəflər birbaşa hava əlaqələrinin inkişaf perspektivlərini müzakirə ediblər. Danışıqların yekununda iki ölkənin aviasiya hakimiyyəti anlaşma memorandumu imzalayıblar.
Bu sənəd təyin olunmuş aviaşirkətlərə həftədə 28-ə qədər sərnişin uçuşu həyata keçirmək hüququ verir. Bundan əlavə, uçuş tezliyi və tutumuna məhdudiyyət qoyulmadan yük daşımalarının həyata keçirilməsi üçün hüquqi baza yaradılıb.
Tərəflər həmçinin hava xidmətləri haqqında saziş layihəsinin mətni ilə bağlı razılığa gəliblər. Bu saziş Qazaxıstan və İsveçrə arasında hava əlaqələrinin daha da inkişafı üçün yenilənmiş hüquqi baza yaradacaq.
Süleyman












































