Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Mərkəzi və Cənubi Amerikaya MQ-9 Reaper dronları yerləşdirəcək

ABŞ Mərkəzi və Cənubi Amerikaya MQ-9 Reaper dronları yerləşdirəcək


Pentaqon narkotik kartellərinə qarşı əməliyyatlar üçün MQ-9 Reaper hücum kəşfiyyat dronlarını Afrikadan Mərkəzi və Cənubi Amerikaya yerləşdirməyi nəzərdən keçirir.

Newscenter.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) yazıb.

Qəzet iddia edir ki, bu dronlar ABŞ ordusu tərəfindən 2025-ci ildə bir neçə narkotik qaçaqmalçılığı gəmisinə qarşı zərbələrdə istifadə edilib:

"Bu ərazidəki əməliyyatlar genişləndikcə, ABŞ ordusu elektron rabitəni ələ keçirə, istilik imzalarını aşkarlaya və dəqiq zərbələr endirə bilər. Artıq Afrikadan bölgəyə bu modelin əlavə dronlarının yerləşdirilməsi imkanlarını araşdırır".

ABŞ Cənub Komandanlığının rəhbəri Fransis Donovan isə bu məlumatla bağlı şərh verməkdən imtina edib.

Anar
Xəbəri paylaş