Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin deputatları Gürcüstana səfər edəcəklər

Milli Məclisin deputatları Gürcüstana səfər edəcəklər


Milli Məclisin sədr müavini Rafael Hüseynov və parlamentin komitə sədri Fazil Mustafa “Avropanın Sivilizasiya Fondu və Gürcüstanda xristianlığın 1700 ili” adlı konfransda iştirak etmək üçün oktyabrın 1-də Gürcüstanın Tbilisi şəhərinə səfər edəcəklər.

Newscenter.az xəbər verir ki, tədbirdə parlamentarizm prinsipləri ilə mənəvi və dini dəyərlər arasında əlaqələr və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Vitse-spiker Rafael Hüseynov konfransda çıxış edəcək, müzakirə olunan məsələlərə münasibətini bildirəcəkdir.

Səfər oktyabrın 3-də başa çatacaq.

Süleyman
Xəbəri paylaş