
Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanı Avrasiya İqtisadi Birliyinin (AAİB) ümumi bazarından çıxmamağa çağırıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Belarus lideri Avrasiya Hökumətlərarası Şurasında iştirak edən hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdə bildirib.
"Ermənistanın bu gün onlara fayda verən şeyləri atmağa tələsməsinə ehtiyac yoxdur. Bu ortaq bazarı, Avrasiya İqtisadi Birliyini tərk etməyə ehtiyac yoxdur. Sizdən xahiş edirəm, burdan çıxmağa tələsməyin. İnanın mənə, mən veteran prezidentəm, burada təxminən 30 ildir işləyirəm və bizi heç yerdə xoş qarşılamırlar",-deyə Lukaşenko bildirib.
Süleyman












































