
İşğaldan azad edilmiş ərazilərdə turizm infrastrukturunun yaradılması regionun iqtisadi potensialının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ağdamda yeni hotellərin istifadəyə verilməsi, Ağdam İmarət Kompleksinin fəaliyyətə başlaması, Zəngilanın Ağalı kəndində hotel və konqres mərkəzinin yaradılması turizm və xidmət sektorunun inkişafına yönəlmiş layihələr sırasındadır.
Newscenter.az xəbər verir ki, Bərəkət İctimai Birliyi Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişafının yeni iş yerlərinin açılması, yerli sahibkarlığın genişlənməsi və regionun iqtisadi cəlbediciliyinin artması üçün mühüm imkanlar yaratdığını bildirir.












































