Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış yeni mərhələyə qədəm qoyub

Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış yeni mərhələyə qədəm qoyub


Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində məskunlaşma və quruculuq prosesi davam edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2 oktyabr 2026-cı il tarixli məlumatına əsasən, Qarabağ və Şərqi Zəngəzurda yaşayan, işləyən və təhsil alan insanların sayı 96 min nəfərə çatıb. Regionların inkişafı üçün indiyədək 28 milyard manat vəsait ayrılıb.

Bərəkət İctimai Birliyi hesab edir ki, Böyük Qayıdışın davamlılığı üçün yeni yaşayış məntəqələrinin salınması ilə yanaşı, əhalinin məşğulluğu, sosial təminatı, təhsil və səhiyyə xidmətləri ilə əhatə olunması da əsas prioritetlərdən olmalıdır.
Xəbəri paylaş