
Özbəkistanın daimi əhalisi 1 oktyabr 2026-cı il tarixinə 39.535.225 nəfərə çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Statistika Komitəsi məlumat verib.
Əhalinin siyahıyaalınmasının nəticələrini nəzərə alan məlumatlara görə, ölkənin 40 milyonluq həddə çatması üçün daha 464.775 nəfərə ehtiyacı var. Məlumata görə, son bir ildə əhali 692,2 min nəfər və ya 1,8% artıb.
Ən çox əhali Səmərqənd bölgəsində yaşayır. Təxminən 4,46 milyon nəfər. Sonrakı sırada Fərqanə (4,29 milyon), Daşkənd (3,8 milyon), Kaşkadərya (3,75 milyon) və Əndican (3,57 milyon) bölgələri gəlir.
Paytaxtın özündə 3,28 milyon insan yaşayır. Daşkənd şəhəri və vilayətinin ümumi əhalisi 7 milyonu keçib.
Süleyman













































