
Rusiyanın yeddi bölgəsində fövqəladə vəziyyət elan edilib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Mərkəzi Federal Dairəsi məlumat verib.
Bildirilib ki, Voronej, Vladimir, Lipetsk, Tambov, Ryazan və Tula vilayətlərində PUA təhlükəsi elan edilib. Volqa Federal Dairəsində isə Nijni Novqorod vilayətində PUA təhlükəsi elan edilib.
Moskva vaxtı ilə səhər saat 8:00-dan etibarən isə Tambov və Voronej vilayətlərində fövqəladə vəziyyət elan edilib.
Bundan əlavə, bir gün əvvəl tətbiq edilən fövqəladə vəziyyət rejimləri Zaporojye, Kursk və Bryansk vilayətlərində, eləcə də Belqorod vilayətinin bəzi ərazilərində qüvvədə qalıb.
Anar













































