
"Rusiyada yaşayan qeyri-rus xalqlara qarşı müxtəlif vaxtlarda diskriminasiya hallarının şahidi olmuşuq. Bu bir çox hallarda sosial-iqtisadi konteksdən aslı olsa da, Yekaterinburqda baş verən proseslər tamamilə siyasi məzmunlu və sifariş xarakterli idi".
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Pərviz Mirizadə deyib. O bldirib ki,situasiyanın mərkəzində məhz Kreml dayanırdı:
"Təbii ki, Moskvanın anti-Azərbaycan ritorikasına qarşı ölkəmiz özünün haqlı sərt mövqeyi nümayiş etdirdi. Lakin, baş verən proseslər fonunda onu da qeyd etmişdik ki, ilk geri addım atacaq tərəf də məhz Kreml olacaq. Artıq Rusiya cəbhəsindən diplomatik kanallar vasitəsilə gərginliyi azaltmaqla bağlı müəyyən xəbərlər gəlməkdədir. Rusiya nümayəndə heyətinin yaxın vaxtlarda ölkəmizə səfər edəcəyi ilə bağlı yayılan məlumatlar da bunu təsdiq edir".
Süleyman